Almaniyada yaralananlardan ikisi Türkiyə VƏTƏNDAŞIDIR
Xəbər verdiyimiz kimi, Almaniyanın Maqdeburq şəhərində təşkil olunan Milad bazarında avtomobil izdihamın üzərinə sürülüb. Nəticədə 11 nəfər ölüb, 80-ə yaxın insan xəsarət alıb.
Redaktor.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, hadisədə yaralanan şəxslərdən ikisi Türkiyə vətəndaşıdır.
Bildirilir ki, onların xəstəxanada müalicəsi davam edir və həyati təhlükələri yoxdur.