Roma Papasının halı PİSLƏŞDİ

 23:57 21.12.2024     224

Roma Papası Fransisk ənənəvi bazar günü xütbəsi zamanı Apostol Sarayının Müqəddəs Pyotr meydanına baxan pəncərəsində görünməyəcək.

Redaktor.az xəbər verir ki, o, soyuqladığı üçün dekabrın 22-i bazar günü Müqəddəs Marfanın Evindən möminlərə xeyir-dua verəcək.

Mərasimdən canlı yayımın təşkil olunub-olunmayacağı dəqiqləşdirilməyib.

Qeyd edək ki, dekabrın 17-də Fransiskin 88 yaşı tamam olub.