Daha bir ölkə "TikTok"u QADAĞAN etmək İSTƏYİR

 11:10 22.12.2024     73

Yanvardan etibarən “TikTok” sosial şəbəkəsi Albaniyada azı bir il müddətinə qadağan ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Edi Rama müəllimlərlə görüşündə bildirib. Paralel olaraq şagirdlərin təhsil almasına kömək edən proqram təminatları hazırlanacaq.

“Çində “TikTok”da tələbələrə dərslərinə hazırlaşmağın, ətraf mühiti və ənənələri qorumağın yolları öyrədilir. Çindən kənarda isə bunun tam əksidir” – deyə hökumət başçısı bildirib.

Hökuməti bu addımı atmağa ötən ay paytaxt Tiranada şagirdlər arasında sosial şəbəkədə başlayan mübahisənin 2 məktəblinin ölməsi ilə nəticələnməsi vadar edib.