“Ərdoğan Suriyaya səfər edə bilər” - AÇIQLAMA

 12:55 22.12.2024     70

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya səfər edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı

müvəqqəti işlər vəkili Burhan Köroğlu TVNET-ə açıqlamasında deyib.

Köroğlu, “xarici işlər nazirimiz Hakan Fidandan sonra prezidentimiz Ərdoğan da Dəməşqə gəlməyi düşünür” deyə bildirib.

O, yeni dönəmdə Türkiyə-Suriya münasibətlərinin Osmanlı zamanındakı kimi olacağını da əlavə edib.