İsrail rəsmiləri Dohada Qəzza ilə bağlı razılaşmanın yollarını müzakirə edir - KİV

 19:22 22.12.2024     85

İsrail nümayəndə heyəti Dohada Qətər vasitəçiləri ilə Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və Fələstinin HƏMAS hərəkatının saxladığı girovların azad edilməsinə dair sazişin bağlanması yollarını müzakirə edir.

Redaktor.az əbər verir ki, bu barədə mənbəyə istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.

Kanalın adı açıqlanmayan həmsöhbəti deyib: “İsrailin nümayəndə heyəti Qəzza ilə bağlı razılığa gəlməyin yolunu tapmaq üçün Dohadadır”.

Onun sözlərinə görə, İsrail tərəfi şanslarının zəif olmasına baxmayaraq, HƏMAS-la müqavilə bağlamaq üçün ümid görür.