Hacıqabulda avtomobil piyadanı vuraraq öldürdü
![](https://img.redaktor.az/news/2024/12/photo_264592.jpg?v=MDA6MjMyMDI0LTEyLTIyIDIwOjI0OjIy)
Hacıqabulda yol nəqliyyat hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik maşını yolu keçən piyadanı vuraraq ağır xəsarətlər yetirib. Yaralı Hacıqabul sakini, 1949-cu il təvəllüdlü Hüseynov Tahir Yaqub oğlu Şirvan xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.