ABŞ əsgərləri Suriyada olmamalıdır - Uols
Amerika hərbçiləri Suriyada olmamalıdır.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uols deyib.
"Tramp tamamilə haqlıdır. Onun xalq səslərinin böyük əksəriyyətini alan mandatı bu idi ki, o, Yaxın Şərq müharibələrinə sürüklənmək istəmir. Biz ABŞ qoşunlarının Suriya ətrafında dolaşmasını istəmirik. Əksinə ABŞ sülh tərəfdarıdır".
Suriyanın şərqində və şimal-şərqində ABŞ qüvvələri neft yataqları yaxınlığındakı bazalarda yerləşdirilib.
Türkan İSGƏNDƏRLİ