Müdafiə xərcləri artırılmalıdır - NATO

 09:45 23.12.2024     120

NATO-nun Baş katibi Mark Rutte müdafiə xərclərinin artırılması, müdafiə sənayesinin gücləndirilməsi və istehsalın genişləndirilməsinin vacibliyini vurğulayaraq, alyansın uzunmüddətli perspektivdə özünü müdafiə etmək üçün kifayət qədər hərbi məhsul istehsal etmədiyini etiraf edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə DPA-ya bildirib.

“Müdafiə xərclərini artırmasaq, dörd-beş ildən sonra ciddi problemlər yaşayacağıq. İndi qorxmaq lazım deyil, amma uzunmüddətli perspektivdə mən narahatam", - Rutte deyib.

Onun fikrincə, Şimali Atlantika Alyansı ölkələri Rusiyada silah istehsalının genişmiqyaslı genişləndirilməsinə qarşı hələ ki, kifayət qədər tədbirlər görmürlər.

"Biz müdafiə sənayesini gücləndirməliyik və istehsalı genişləndirməliyik. Uzunmüddətli perspektivdə özümüzü qorumaq üçün kifayət qədər hərbi məhsul istehsal etmədiyimiz üçün əlavə istehsal xətləri və növbələr təşkil etməliyik. Bizim NATO ərazisində müharibənin qarşısını almaq üçün hazırlaşmaq və çəkindirmə gücümüzü gücləndirmək üçün hələ vaxtımız var. Lakin biz indi hərəkətə keçməliyik", - o əlavə edib.

Türkan İSGƏNDƏRLİ