Lukaşenko prezidentliyə yenidən namizəd OLDU
Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bununla da o, prezidentliyə namizədliyini yeddinci dəfə irəli sürmüş olacaq.
Qeyd edək ki, prezidentlik postu uğrunda 9 nəfər mübarizə aparacaq.