Bayden 37 nəfərin edamını ləğv etdi

 16:11 23.12.2024     72

ABŞ prezidenti Co Bayden 40 federal məhbusdan 37-nin edamını ləğv edib və cəzanı ömürlük həbslə əvəz edib. 

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.

“Bu gün prezident Bayden federal ölüm cəzasına məhkum edilmiş 37 nəfərin cəzasını yüngülləşdirəcəyini açıqladı. Bu şəxslərin cəzaları şərti azadlığa buraxılmamaq şərti ilə ömürlük həbslə əvəzlənəcək". 

Sevinc İBRAHİMZADƏ