ABŞ Ukraynanı ittiham etdi
Vaşinqtonun yardım kimi Kiyevə göndərdiyi milyonlarla dollar Ukraynanın "TikTokers" şirkətinə gedib.
Redaktor.az xəbər verir ki, bunu ABŞ Konqresinin senatoru Rend Pol deyib.
“Amerikalı vergi ödəyicilərinin artıq münaqişənin başlanğıcından bəri Ukraynaya təxminən 174 milyard dollar yardım göstərib. Amma hökumətimiz TikTok-da döyüş bölgələrindən daha çox rəqs görmək istəyir”, - deyə konqresmen bildirib.
Paulun sözlərinə görə, amerikalıların dolanmaqda çətinlik çəkdiyi halda ABŞ hökumətinin "Ukraynada selfi festivalı”na pul xərclədiyini görmək çox qəribədir.
Türkan İSGƏNDƏRLİ