İsrail ordusu daha 9 nəfəri saxladı
İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 9 nəfər saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, həbslər ötən gecə İordan çayının qərb sahilinin müxtəlif ərazilərində İsrail ordusunun sərhəd polisi və kəşfiyyat xidmətləri ilə birgə keçirdiyi bir neçə reyd zamanı həyata keçirilib. Şübhəlilərdən silah və sursat götürülüb.
Bütün məhbuslar əlavə araşdırmalar üçün İsrail təhlükəsizlik xidmətlərinə təhvil verilib. Ordudan verilən məlumata görə, reydlər zamanı İsrail tərəfdən heç kim xəsarət almayıb.
Türkan İSGƏNDƏRLİ