Əsədin müşaviri beynəlxalq axtarışa VERİLDİ
ABŞ Suriyanın Hərbi Hava Qüvvələrinin Kəşfiyyat İdarəsinin sabiq rəisini beynəlxalq axtarış verib.
Redaktor.az xəbər verir ki, bu barədə "İnterpol"un saytında məlumat yerləşdirilib.
Bildirilib ki, Bəşər Əsədin müşaviri vəzifəsində çalışmış 1952-ci il təvəllüdlü Jamil Hassan müharibə cinayətlərində ittiham olunub.
ABŞ məhkəmələri tərəfindən Jamil Hassan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Tutularaq ABŞ-a təhvil verilməsi ilə bağlı "İnterpol"a müraciət olunub.
Qeyd edək ki, 2024-cü il dekabrın 9-da Suriyada Əsəd rejiminin devrilməsindən sonra ABŞ Ədliyyə Departamenti Jamil Hassanı "Amerikalılara və digər mülki şəxslərə qarşı müharibə cinayətləri törətməkdə" ittiham edib.