Moskvaya səfəri etirazlara səbəb OLDU
Slovakiya müxalifəti Baş nazir Robert Fitsonun Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşünə görə Bratislavada mitinq keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə “Markiza” telekanalı məlumat yayıb.
“Slovakiyanın paytaxtında yüzlərlə insan bazar ertəsi hökumət binası qarşısında Baş nazir Fitsonun səfərinə qarşı etiraz aksiyası keçirib”, - məlumatda qeyd olunub
Etirazın təşkilatçılarının Slovakiya hökumətinin başçısını guya Rusiyanın təsirini təşviq etməkdə ittiham edən Ukraynaya dəstək tərəfdarları olduğu bildirilir.