İordaniyadan ölkəsinə qayıdan suriyalıların sayı 13 minə yaxınlaşdı

 21:28 23.12.2024     109

Suriyada Əsəd rejiminin süqutundan sonra ölkəsinə geri dönən suriyalıların sayı 12 min 800-ə çatıb.

Redaktor.az xəbər verir ki, İordaniya rəsmi televiziya kanalı "al-Mamlaka TV"-nin verdiyi xəbərə görə, yaxın günlərdə geri dönüşlərin daha da artacağı gözlənilir.

Xəbərdə, Suriya rejiminin süqutundan sonra İordaniyaya keçən suriyalılardan 12 min 800 nəfərin artıq ölkəsinə qayıtdığı, geri dönmək istəyənlər üçün yeganə keçid nöqtəsinin Cabir Sərhəd Qapısı olduğu bildirilib.

Bundan əlavə, İordaniya Daxili İşlər Nazirliyinin Cabir Sərhəd Qapısından giriş-çıxışlarla bağlı müəyyən etdiyi şərtlər haqqında açıqlama verdiyi qeyd olunub.

Seymur BƏNNAYEV