İsrailin müdafiə naziri Haniyənin Tehranda öldürülməsini etiraf etdi

 12:06 24.12.2024     137

İsrailin müdafiə naziri İsrael Katz HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsində Təl-Əvivin iştirakını rəsmən etiraf edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

"Biz Yəməndə onlara ("Ənsar Allah" hərəkatını nəzərdə tutur - red.) ciddi zərər vuracağıq, strateji infrastrukturlarını sıradan çıxaracağıq və liderləri ilə Tehranda Haniyə ilə etdiyimiz kimi davranacağıq", - deyə İsrailin müdafiə naziri qeyd edib.

Qeyd edək ki, İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda gecələdiyi malikanədə yaxınmənzilli raketdən açılan atəşlə öldürülüb. İsrail hökuməti əvvəllər Haniyənin öldürülməsində iştirakını etiraf etmirdi.