Serdar Ortaç hakim qarşısına ÇIXACAQ

 14:36 24.12.2024     97

Qanunsuz mərc oyunları oynadığı və insanları buna təşviq etdiyi iddiası ilə üzləşən türkiyəli müğənni Serdar Ortaç hakim qarşısına çıxacaq.

Redaktor.az xəbər verir ki, 3 ilə qədər həbs cəzası tələb edilən Ortaç hakim qarşısına çıxmaq üçün Çağlayan Ədliyyəsinə gedib.

Ortaçın işində şahid qismində dinləniləcək Mehmet Ali Erbil də məhkəmə zalının qarşısında olub.

Qeyd edək ki, Ortaça qarşı qeyri-qanuni mərc oyunlarının reklamı və insanları təşviq etdiyi iddiası ilə 1 ildən 3 ilə qədər həbs cəzası tələbi ilə ittiham aktı hazırlanıb.

Bu gün İstanbul 25-ci Ağır Cəza Məhkəməsində mühakimə olunacaq müğənni barəsində məhkəmə nəzarəti tədbirinin davam etdirilməsinə qərar verilib.