Husilər Təl-Əviv yaxınlığındakı hərbi obyekti hipersəs raketi ilə VURDU
![](https://img.redaktor.az/news/2024/12/photo_264817.jpg?v=MjE6MjQyMDI0LTEyLTI0IDE3OjUxOjMx)
Yəmənin Ənsar Allah üsyançı hərəkatının husiləri Təl-Əviv yaxınlığındakı hərbi obyektə raket zərbəsi endirib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
“Yəmən silahlı qüvvələrinin raket qüvvələri Fələstin-2 tipli hipersəs ballistik raketi ilə işğal olunmuş Yaffa bölgəsində İsrailin hərbi hədəfinə zərbə endirib. ”, - hərəkatın nümayəndəsi "Al Masirah" telekanalının husilərə aid efirdə bildirib.
T.İSMAYIL