Türkiyədə 3.9 bal gücündə zəlzələ baş VERDİ
![](https://img.redaktor.az/news/2024/12/photo_264846.jpg)
Türkiyənin Muğla şəhərini Menteşe rayonunda 3.9 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ yerli vaxtla saat 19:00-da, yerin təxminən 9 kilometr dərinliyində baş verib.
Zəlzələ ilə bağlı hər hansı mənfi halın qeydə alınmadığı bildirilib.