Notr-Damda 5 ildən sonra ilk Milad mərasimi keçirildi

 08:55 25.12.2024     121

Yanğından sonra bərpa edilən Notr-Dam Katedralində ("Notre Dame de Paris") katolik Milad bayramı münasibətilə ilk gecə mərasimi keçirilib. 

Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Katoliklər ənənəvi olaraq dekabrın 25-nə keçən gecə İsa Məsihin doğum gününü qeyd ediblər.

Yerli vaxtla saat 15.00-dan başlayaraq fransız katolikləri beş ildən sonra ilk dəfə bu il keçirilən Milad mərasimində iştirak etmək üçün kilsənin qarşısına toplaşmağa başlayıblar.

Lakin Parisin əsas kilsəsinə giriş hələ də ciddi şəkildə məhduddur, içəriyə 2700-dən çox adam icazə verilmir.

Xatırladaq ki, Notr-Dam Katedralində ən böyük yanğın 15 aprel 2019-cu ildə baş verib. Yanğın qülləni məhv edib, dayaq konstruksiyasını zədələyib. Katedralin bərpası 700 milyon avroya başa gəlib. 8 dekabr 2024-ci ildə ziyarətçilər üçün yenidən açılıb. Açılışda bir çox dövlət başçıları, o cümlədən ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp iştirak edib.

Sevinc İBRAHİMZADƏ