Kazan hava limanının fəaliyyəti məhdudlaşdırıldı

 09:10 25.12.2024     133

Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub. 

Redaktor.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako məlumat verib.

Bildirilib ki, dekabrın 25-də hava limanı müvəqqəti olaraq reysləri qəbul etməyib və ya göndərməyib.

Korenyako əlavə edib ki, ekipaj, hava hərəkəti dispetçerləri və aeroport xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görüblər.

Sevinc İBRAHİMZADƏ