Nikol Paşinyanda virus AŞKARLANDI
![](https://img.redaktor.az/news/2024/12/photo_264886.jpg?v=MjE6MDQyMDI0LTEyLTI1IDEyOjEzOjI2)
Ermənistanın Baş naziri Nikol Paşinyanda koronavirus aşkarlanıb.
Redaktor.az xəbər verir ki, xəbər verir ki, baş nazir bu barədə feysbukdakı səhifəsində yazıb.
"Bazar ertəsi, dekabrın 23-də COVID-19 testimin nəticəsi müsbət oldu. Dekabrın 23-də və 24-də özümü təcrid etdim və yaşayış yerimdən işlədim. Dekabrın 25-də testin nəticələri mənfi oldu və normal iş rejiminə qayıtdım.
Bundan sonra həm də həmkarlarımla məsləhətləşərək, bu gün MDB ölkələrinin liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm.
Günün sonuna kimi Avrasiya İqtisadi Birliyi (Aİİ) Ali İqtisadi Şurasının iclasında iştirak edib-etməmək barədə qərar qəbul edəcəyəm”, - baş nazir vurğulayıb.