Paşinyan təyyarə qəzası ilə bağlı başsağlığı VERDİ
Ermənistanın Baş naziri Nikol Paşinyan AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Redaktor.az xəbər verir ki, bu barədə o, "X"də yazıb.
"Bakı-Qroznı reysi nəticəsində həlak olanların ailələrinə başsağlığı diləyirəm. Belə bir faciə kədərə səbəb olmaya bilməz", - deyə Ermənistanın Baş naziri qeyd edib.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər sağ çıxıb.