Təyyarədə olan hər üç Qırğızıstan vətəndaşı sağ QALIB

 17:18 25.12.2024     222

Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın Xarici İşlər Nazirliyi bildirib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, qəza zamanı 32 nəfər sağ qalıb. 

AZAL təyyarənin göyərtəsində 62 sərnişinin olduğunu açıqlayıb. Onlardan 37 nəfər Azərbaycan vətəndaşı, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşıdır.