“Moskva Evi”nə qarşı cinayətlərdə iştirak edənlər cəzalandırılacaq
Riqada “Moskva Evi”nə qarşı cinayət əməllərində iştirak edənlərin hamısı cavab verəcək və layiqli cəzalarını alacaqlar.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Dekabrın 23-də Rusiya əmlakının müsadirəsi ilə bağlı qanunun yerli qanunvericilik və beynəlxalq hüququn normalarına kobud şəkildə zidd olması ilə bağlı Latviya Konstitusiya Məhkəməsinə müraciət edilib. Riqanın vəhşi hərəkətləri faktı ilə bağlı iş təkcə şəxsi hüquq əsasında aparılmır, eyni zamanda bu məsələ ilə şübhəsiz ki, Rusiya Federasiyasının İstintaq Komitəsi, Baş Prokurorluğu məşğul olur cinayət əməllərində təqsirli bilinir və sizə xatırladıram ki, biz Latviya hakimiyyət orqanları tərəfindən Riqadakı “Moskva Evi”nin Rusiya tərəfinə heç bir kompensasiya təyin edilmədən mənimsənilməsi aktını hər kəsin fundamental mülkiyyət hüququnun pozulması kimi qiymətləndiririk. iştirak edənlər məsuliyyətə cəlb olunacaq və layiqli cəzasını alacaq”, - Zaxarova əlavə edib.
Türkan İSGƏNDƏRLİ