Suriya İrana çağırış ETDİ
![](https://img.redaktor.az/news/2024/12/photo_264972.jpg?v=MjE6MDAyMDI0LTEyLTI1IDIwOjM5OjE5)
Suriya Müvəqqəti Hökumətinin Xarici İşlər Naziri Əsəd Həsən Şeybani, İrana Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmə çağırışı edib.
Redaktor.az xəbər verir ki, Şeybani, X platformasındakı paylaşımında: "İran, Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Biz İranı Suriyada xaos yaymaqdan çəkinməyə çağırırıq və son açıqlamaların nəticələrindən məsuliyyət daşıyacağını bildiririk", - ifadələrini işlədib.
Nazir, İranın hərəkətlərinin Suriya xalqının iradəsinə zidd olduğunu vurğulayaraq, vəziyyətin daha da gərginləşməməsi üçün məsuliyyətli davranmağa çağırıb.
Seymur BƏNNAYEV