Suriya İrana çağırış ETDİ

 20:38 25.12.2024     110

Suriya Müvəqqəti Hökumətinin Xarici İşlər Naziri Əsəd Həsən Şeybani, İrana Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmə çağırışı edib.

Redaktor.az xəbər verir ki, Şeybani, X platformasındakı paylaşımında: "İran, Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Biz İranı Suriyada xaos yaymaqdan çəkinməyə çağırırıq və son açıqlamaların nəticələrindən məsuliyyət daşıyacağını bildiririk", -  ifadələrini işlədib.

Nazir, İranın hərəkətlərinin Suriya xalqının iradəsinə zidd olduğunu vurğulayaraq, vəziyyətin daha da gərginləşməməsi üçün məsuliyyətli davranmağa çağırıb.

Seymur BƏNNAYEV