İsrail ordusu İordan çayının qərb sahilində 25 fələstinlini həbs ETDİ
İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində yerləşən müxtəlif şəhərlərə təşkil etdiyi reydlərdə 25 nəfərin həbs olunduğu bildirilib.
Redaktor.az xəbər verir ki, Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Əsir və Azad Edilənlər Komissiyası ilə Fələstin Əsir Cəmiyyətinin birgə açıqlamasında, İsrail ordusunun Ramallah və Tulkarim şəhərlərində dünən axşamdan etibarən "misli görünməmiş" həbs və sahə araşdırmaları apardığı qeyd edilib.
Həmin reydlər zamanı, aralarında keçmiş məhbuslar və qadınların da olduğu ən az 25 nəfərin həbs edildiyi bildirilib.
Açıqlamada həmçinin, İsrail ordusunun şimaldakı Tulkarim şəhərinə qarşı reydləri davam etdirdiyi və həbs olunan şəxslərlə bağlı bütün məlumatların hələ təsdiqlənmədiyi vurğulanıb.
Seymur BƏNNAYEV