Norveçdə qatarların hərəkəti tamamilə dayandırıldı

 22:16 25.12.2024     101

Norveç hakimiyyəti ölkədə bütün qatarların hərəkətini dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Norveç dəmir yol hərəkətinin inkişafı və idarə edilməsi üzrə dövlət agentliyinin saytında bildirilib.

Hərəkətin dayandırılması qərarı qatarlar və idarəetmə mərkəzi arasında rabitə sistemində yaranan nasazlıqla bağlıdır.

Problem yerli vaxtla 7:55-də (Bakı vaxtı ilə 10:55) məlum olub. Bundan sonra şirkət bir neçə dəfə görülən işlərin yerli vaxtla saat 20:00-a qədər uzadıldığını elan edib.

Norveçin bəzi şəhərləri dəmir yolu marşrutlarını təkrarlayan avtobusları işə salıb. “Bane Nor” sərnişinləri təyinat yerinə taksi ilə təmin etməyi və ya başqa nəqliyyat vasitələri ilə ora çata bilmədikdə, oteldə yerləşmə haqqını ödəməyi öhdəsinə götürüb. Dəmir yolu əlaqəsinin nə vaxt bərpa ediləcəyi məlum deyil.