Vəhşi meymunlar kəndə hücum etdi

 08:55 26.12.2024     116

Hindistanın Cammu və Kəşmir əyalətində makakalar (meymun cinsi - red.) kəndi ələ keçirərək yerli sakinlərə hücum edirlər. 

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Excelsior" məlumat yayıb.

Aqressiv primatlar son illərdə makaka populyasiyasının xeyli artdığı Caqanu kəndinin sakinlərinə hücum etməyə başlayıb, lakin hakimiyyət buna nəzarət etmək üçün heç bir tədbir görməyib.

Sakinlər indi şikayətlənirlər ki, kimsə çölə çıxanda heyvanların hücumu riski var. İnsanlar da məhsullarından qorxurlar, çünki makakalar onlara da hücum edir.

Caqanu sakinləri hakimiyyətdən problemin həllini tələb edirlər.

Sevinc İBRAHİMZADƏ