"Əsəd məni öldürməyə çalışıb"
Ölkəsində yaşadığı məğlubiyyətdən sonra qaçqın olaraq Rusiyaya qaçan Bəşər Əsədin əmisi oğlu Ribal Əsəd ortaya çıxıb.
Redaktor.az xəbər verir ki, Ribal Əsəd ailəsinin Suriyadakı qətliamlarda iştirak etmədiyini bildirib.
Qanlı rejimin törətdiyi qətliamlarda Əsəd Ailəsinin hər bir üzvünün əli olmadığını müdafiə edən Ribal, rejim dövründə baş verən qırğınlardan atasının və onun məsuliyyətinin olmadığını bildirib.
"9 yaşım olanda ölkəmdən sürgün olunmuşam. Mən 93 və 94-cü illərdə çox qısa müddətə qayıtdım. Daha sonra hotelin qarşısında Bəşərlə mübahisə etdim və onun qarşısına çıxdım. Bir neçə ay sonra məni Dəməşqin beynəlxalq hava limanında öldürməyə cəhd etdilər. Sonra mən ölkəni tərk etdim",
Türkan İSGƏNDƏRLİ