Moskvada jurnalisti zorlayan özbəklərə hökm OXUNDU
Bu ilin iyul ayında Moskvada “Match TV”-nin jurnalistinə hücum edərək onu zorlayan özbəklərə hökm oxunub.
Redaktor.az podrobno.uz saytına istinadla xəbər verir ki, bu barədə Moskva prokurorluğu məlumat yayıb.
Məhkəmə təqsirləndirilən şəxslərdən ikisini ümumi rejimli koloniyada 9 il, üçüncünü isə 4 il müddətinə azadlıqdan məhrum edib. Sonuncu zorlamada iştirak etməyib, sadəcə, baş verənləri kənardan seyr edib. Prokuror təqsirləndirilən şəxslərin hər birinə 9,5 il həbs istəmişdi.
Xatırladaq ki, hadisə 2024-cü ilin iyul ayının əvvəlində baş verib. Evə qayıdan qızı təqib edən miqrantlar daha sonra ona hücum ediblər. Məlum olub ki, kişilər sərxoş olublar.