Bu müsəlman ölkəsində üzünü tam örtən qadınlar CƏRİMƏLƏNƏCƏK

 16:34 26.12.2024     97

Qırğızıstan parlamenti üzünü örtən və vətəndaşların şəxsiyyətini müəyyən etməyə imkan verməyən paltar geyinməyə görə cərimənin tətbiqini dəstəkləyib.

Redaktor.az xarici mediaya istinadla bildirir ki, bu paltarı ictimai yerlərdə geyinməyə görə, iş və rəsmi fəaliyyətlə əlaqəli geyimlər istisna olmaqla, 20 min som (təxminən 373 manat) cərimə edilir.

Dini zəmində siyasi partiyaların yaradılması və dini tədris müəssisəsindən kənarda fərdi qaydada dini fənlərin tədrisi də qadağandır.