Suriyada qadınların basdırıldığı kütləvi məzarlıqlar TAPILDI
Suriyanın paytaxtı Dəməşqdə yalnız qadınların dəfn olunduğu kütləvi məzarlıqlar aşkarlanıb.
Redaktor.az xəbər verir ki, Suriyada müxalifət hakimiyyətə gəldikdən sonra Əsəd rejiminin törətdiyi vəhşiliklər üzə çıxmağa davam edir.
Suriyalıların kütləvi şəkildə basdırıldığı işgəncə mərkəzləri, həbsxanalar və məzarlar Əsəd rejiminin xalqa nələr gətirdiyini ən yaxşı şəkildə təsvir edir.
Dəməşq çölündə Əl-Zeynəbiyyə bölgəsində aşkar edilən kütləvi məzarlıqlara gedən suriyalılar qazılmış çuxurlarda tanış əşya və ya paltar tapmağa çalışırlar.
Kənan YUSİF