Yaponiya sahilində güclü zəlzələ OLDU

 03:08 27.12.2024     97

Yaponiyanın Honsü adasının yaxınlığında 5,7 maqnitudalı zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Mərkəzin verilənlərinə görə, yeraltı təkanların episentri əhalisi təxminən 428 min nəfər olan Yokosuka şəhərindən 571 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.