ABŞ-də quş qripi mutasiyası aşkarlandı

 08:25 27.12.2024     90

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədə ilk ciddi xəstəlik hadisəsi olan bir xəstədə quş qripi mutasiyası aşkarlayıb. 

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

CDC xəstənin yoluxmuş quşlarından götürülmüş nümunələrdə müəyyən edilmiş mutasiyaya rast gəlinmədiyini vurğulayıb.

Nazirlik qeyd edib ki, virus daşıyıcısının orqanizmindəki hüceyrələrə bağlanmada əsas rol oynayan genlərdən biri olan hemaqlütinində yoluxmuş nümunələrdə dəyişikliklər müşahidə olunub.

Məlumata görə, 65 yaşlı Luiziana sakinində quş qripinə yoluxma ilə bağlı ciddi xəstəlik aşkarlanıb. Ona bu yaxınlarda ABŞ-də vəhşi və ev quşlarında aşkar edilmiş virusun D1.1 ştammı diaqnozu qoyulub.

Sevinc İBRAHİMZADƏ