Soçi hava limanı müvəqqəti bağlandı
Uçuşların təhlükəsizliyini təmin etmək üçün Soçi hava limanı bağlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako öz "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün cümə günü, dekabrın 27-də Moskva vaxtı ilə saat 17:00 radələrində Soçi hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub", - deyə o qeyd edib.
Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi əlavə edib ki, uçuşun təhlükəsizliyini təmin etmək üçün təyyarə heyətləri, aviadispetçerlər və hava limanının xidmətləri bütün lazımi tədbirləri görüblər.
Sevinc İBRAHİMZADƏ