Çin vətəndaşlarına çağırış ETDİ

 13:18 27.12.2024     107

Çin hakimiyyəti yaxınlaşan Yeni il həftəsonu və ay təqviminə görə qeyd olunan Çin Bahar Festivalı ilə əlaqədar ölkə vətəndaşlarını Ukraynaya səyahət etməmək barədə xəbərdarlıq edib.

Redaktor.az ​​​​​​xəbər verir ki, bu barədə Çinin Kiyevdəki səfirliyi məlumat yayıb.

“Ukraynanın bütün ərazisi müharibə vəziyyətindədir. Bu ölkədə təhlükəsizlik vəziyyəti ciddi olaraq qalır. Çin vətəndaşlarından müvəqqəti olaraq Ukraynaya səfərdən çəkinmələrini xahiş edirik”.

Qeyd edilir ki, Ukrayna ərazisində könüllü olaraq qalan ÇXR nümayəndələri “təhlükəsizliklə bağlı məlumatlılıq səviyyələrini mütləq artırmalı”, ehtiyat tədbirləri görməli və evakuasiyaya hazır olmalıdırlar.

Türkan İSGƏNDƏRLİ