ABŞ fələstinlilərə yardımın məhdudlaşdırılmasını dəstəkləyə bilər
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası vəzifədə olduqdan sonra, girovların azad edilməsi ilə bağlı razılıq əldə olunmasa, Qəzza zolağında fələstinlilərə humanitar yardımın məhdudlaşdırılmasını dəstəkləyə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "Axios" informasiya portalı məlumat yayıb.
Mənbəyə görə, Qəzza zolağında 7-si amerikalı olmaqla 100-ə yaxın girov saxlanılır. Tramp bildirib ki, girovlar azad edilməsə, onlar üçün yüksək məbləğ ödəyəcək.
İsrail rəsmilərinin sözlərinə görə, ABŞ ilə danışıqlarda müəyyən irəliləyişlərə baxmayaraq, münaqişənin mümkün dayandırılması və İsrail qoşunlarının Qəzza zolağından çıxarılması da daxil olmaqla, fundamental məsələlər həll olunmamış qalır.
Türkan İSGƏNDƏRLİ