İranda italiyalı jurnalist həbs edildi
![](https://img.redaktor.az/news/2024/12/photo_265217.jpg?v=MTc6MzAyMDI0LTEyLTI3IDE4OjIxOjU3)
İranda italiyalı jurnalist həbs edilib.
Redaktor.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi açıqlama verib.
Bildirilib ki, İran polisi dekabrın 19-da Tehranda İtaliya vətəndaşı Sesiliya Salanı həbs edib.
Məlumata görə, gənc jurnalist o vaxtdan bəri təkadamlıq kamerada saxlanılır.
Qeyd olunub ki, İtaliya hökuməti Sesiliya Salanın azadlığa buraxılması üçün danışıqlar aparır.