Almaniya 23 fevral 2025-ci ildə erkən seçkiyə GEDƏCƏK
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Federal Məclisi buraxaraq, 23 fevral 2025-ci ildə erkən seçki keçiriləcəyini elan edib.
Redaktor.az xəbər verir ki, Prezident Ştaynmayer, Bellevue Sarayında verdiyi açıqlamada: "Bugün 20-ci Alman Federal Məclisini buraxmaq və 23 fevral 2025-ci ildə yeni seçkilər keçirmək qərarına gəldim", - ifadələrini işlədib.
O, qərarını Federal Məclis sədrinə təqdim etdiyini və bu addımın ölkənin sabitliyini qorumaq üçün zəruri olduğunu vurğulayıb.
Seymur BƏNNAYEV