Miqrantları daşıyan qayıq batdı, 69 nəfər İTKİN DÜŞDÜ
![](https://img.redaktor.az/news/2024/12/photo_265226.jpg)
Mali Xarici İşlər Nazirliyi, Avropaya qanunsuz yollarla keçməyə çalışan miqrantları daşıyan qayığın Fas sahillərində alabora olduğunu və 69 nəfərin itkin düşdüyünü açıqlayıb.
Redaktor.az xəbər verir ki, nazirliyin bəyanatında, İspaniyaya getmək istəyən təxminən 80 nəfərin olduğu qayığın 19 dekabrda Fasın ərazi sularında batdığı bildirilib.
Qurbanlar arasında 25 Mali vətəndaşının olduğu qeyd edilərkən, 9-u Mali vətəndaşı olmaqla ümumilikdə 11 nəfərin xilas edildiyi vurğulanıb.
Qayığın çıxış nöqtəsinə dair isə məlumat verilməyib.
Seymur BƏNNAYEV