Hindistanın keçmiş Baş naziri Manmohan Singh vəfat ETDİ

 19:35 27.12.2024     146

Hindistanın keçmiş Baş naziri Manmohan Singh, uzun müddətdir davam edən sağlamlıq problemləri səbəbindən 92 yaşında dünyasını dəyişib. Singh’in vəfatı ilə əlaqədar ölkədə 7 günlük matəm elan edilib.

Redaktor.az xəbər verir ki, "Hindustan Times" qəzetinin məlumatına görə, Manmohan Singh dünən xəstəxanaya yerləşdirilib və həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxana rəhbərliyi verdiyi açıqlamada, “Hindistanın keçmiş Baş naziri Manmohan Singhin 92 yaşında vəfat etdiyini dərin kədər hissi ilə bildiririk” ifadələrinə yer verib.

Hindistanın Baş naziri Narendra Modi, X sosial media platformasında Manmohan Singh ilə birgə çəkilmiş fotolarını paylaşaraq, keçmiş baş nazirin xatirəsini yad edib.

Seymur BƏNNAYEV