Yaponiyada güclü zəlzələ baş VERDİ

 02:04 28.12.2024     97

Yaponiyanın Hönsü adası sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin milli meteorologiya idarəsinin məlumatında deyilir.

Zəlzələnin episentri Fukusima perefekturasına yaxın ərazidə, 40 km dərinlikdə qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.