Yerdəki həyat bu vaxt sonlana bilər
İlon Mask Günəşin 5 milyard ildən sonra partlayacağını, ona görə də bəşəriyyəti xilas etmək üçün yeganə şansın Marsın kolonizasiyası olduğunu deyən izləyicisinin tvitinə şərh verib.
Redaktor.az xəbər verir ki, Mask cavabında vaxtın çox az olduğunu söyləyib.
İlon Mask Günəşin genişlənməsi səbəbindən Yerdəki həyatın 500 milyon il ərzində sonlacağını proqnozlaşdırıb.
Biznesmenin sözlərinə görə, Günəş artıq genişlənir və bu, 500 milyon ildən sonra Yerin yox olması ilə nəticələnəcək ki, bu da izləyicinin göstərdiyi vaxtın 10%-nə uyğundur.
Maskın digər izləyiciləri də həmin istifadəçinin tvitinə cavab veriblər. Şərhçilər qeyd ediblər ki, təkcə Yer deyil, Mars da Günəşin ətrafında fırlanır, ona görə də ulduz partlasa, Qırmızı Planetdə heç kim və heç nə sağ qala bilməz.
Sevinc İBRAHİMZADƏ