Şolts Trampın planlarını AÇIQLADI
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq istəyir.
Redaktor.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Tramp müharibəni bitirmək istəyir. Məndə belə bir təəssürat yarandı ki, o da bizim kimi əmindir ki, buna ancaq Ukrayna hərbi cəhətdən güclü olarsa nail olmaq olar”, - deyə siyasətçi bildirib.
Almaniya kanslerine Trampın münaqişəni tam olaraq necə bitirməyi planlaşdırdığını soruşduqda o, onların söhbətinin məzmununu açıqlamaqdan imtina edib.
“Mən şəxsi söhbətlərdə məlumatı açıqlayan biri deyiləm. Bu, hətta beynəlxalq səviyyədə də yersizdir. Amma mən tamamilə əminəm ki, bəzi qorxulara baxmayaraq, biz ABŞ və Avropa, eləcə də ABŞ və Almaniya arasında razılaşdırılmış Ukrayna siyasətinə nail ola biləcəyik”, - Şolts qeyd edib.
Türkan İSGƏNDƏRLİ