Gürcüstan Prezidenti aksiyaçılara qoşuldu

 17:14 28.12.2024     108

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə hökumətə qarşı etirazçılarla insan zənciri yaradıb.

Redaktor.az xəbər verir ki, etiraz aksiyası səhər saatlarından başlayıb.

Məlumata görə, Zurabişvili administrasiyasının üzvləri ilə birlikdə Saarbrüken meydanında yerləşən körpüyə gedərək etirazçıların yanında dayanıb. Aksiya iştirakçıları bu dəfə Rustaveli prospektində parlament binasının yanındakı adi meydanın əvəzinə Tbilisidə Kür çayı üzərində yerləşən körpülərdə dayanaraq insan zənciri yaratmaq qərarına gəliblər. 

Xatırladaq ki, yeni nümayiş dalğası noyabrın 28-də Kobaxidzenin hakimiyyətin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək və onun bütün büdcə qrantlarından imtina etmək qərarına gəldiyi barədə bəyanatından sonra başlayıb.

Türkan İSGƏNDƏRLİ