"Almaniya Prezidenti növbəti seçkilərdə məğlub olacaq" - Mask

 17:42 28.12.2024     282

Amerikalı sahibkar və milyarder İlon Mask Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin növbəti seçkilərdə qalib gələ bilməyəcəyinə inanır.

Redaktor.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

“O, növbəti seçkidə uduzacaq. Onun prezident seçilməsi demokratiya üçün təhlükədir”, - deyə Mask qeyd edib.

Daha əvvəl Mask Maqdeburqdakı hücumdan sonra Almaniya kansleri Olaf Şolzun istefasını tələb etmişdi. Onun sözlərinə görə, Alternativ (AfD) partiyası Almaniyanı xilas edə bilər.

Türkan İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən