Hamamda azyaşlı bacı-qardaşın meyitləri TAPILDI
Rusiyanın Arxangelsk vilayətinin Kotlas şəhərində bir yaş yarımlıq oğlan və üç yaşlı qızın meyitləri mənzilin vanna otağında tapılıb.
Redaktor.az yerli mediaya istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları azyaşlı bacı-qardaşın ölümünün səbəblərini araşdırır.
Qeyd edilir ki, onların meyiti dekabrın 28-də səhər saatlarında yaşadıqları ünvanın hamamında aşkar edilib.
Prokurorluq əlavə edib ki, uşaqların böyüdüyü ailə “profilaktika sisteminin səlahiyyətli orqanlarında və müəssisələrində” qeydiyyata alınıb.