İsrail Qəzza sektorundan Qüdsün atəşə tutulduğunu açıqladı

 22:00 28.12.2024     132

Sudanın qərbində yerləşən Əl-Faşir qəsəbəsində qaçqınlar üçün nəzərdə tutulmuş iki düşərgəyə hərbiləşdirilmiş Çevik Reaksiya Qüvvələrinin iki hücumu nəticəsində azı 20 mülki şəxs həlak olub, 17 nəfər yaralanıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Şimali Darfur əyalətinin səhiyyə departamentinin rəhbəri İbrahim Xatir “Sinxua” agentliyinə bildirib.

Onun sözlərinə görə, ilk hücum PUA, ikinci hücum artilleriya vasitəsilə həyata keçirilib. Çevik Reaksiya Qüvvələri hələ bu hadisələrə görə məsuliyyəti üzərinə götürməyib.